AZ

Səyahətçilərin qorunmaq və sakitlik tapmaq üçün özləri ilə apardıqları daşlar

Uzun uçuşlar, reys gecikmələri və tanımadıqları yerlərə səfərlər bir çox səyahətçidə stress və narahatlıq yaradır. Bu səbəbdən son illərdə daha çox insan emosional tarazlığı qorumaq və müsbət enerji cəlb etmək məqsədilə səfərlərdə kristal daşlar daşımağa başlayıb.

HİT.az xəbər verir ki, bu barədə “Times of India” nəşri yazıb.

Materialda qeyd olunur ki, astrologiya, numerologiya, ekstrasensorika və kristaloterapiya kimi praktikalərin elmi əsası yoxdur və onların effektivliyi elmi araşdırmalarla təsdiqlənməyib. Buna baxmayaraq, bəzi insanlar bu daşları mənəvi dəstək və talisman kimi qəbul edir.

Spirituallıq tərəfdarlarının fikrincə, bəzi kristallar təhlükəsizlik, sakitlik və mənfi enerjidən qorunma ilə əlaqələndirildiyi üçün səyahətlər zamanı daha çox seçilir.

Səyahətçilər arasında ən populyar daşlardan biri qara turmalindir. Hesab olunur ki, bu daş uçuşlar və uzun səfərlər zamanı insanın özünü daha təhlükəsiz hiss etməsinə kömək edir. Bir çoxları onu çantasında və ya baqajında saxlayır.

Digər məşhur kristal ametistdir. Kristaloterapiya tərəfdarlarının sözlərinə görə, ametist rahatlamağa, narahatlığı azaltmağa və yolda daha rahat yatmağa kömək edir.

Yeni məkanlara gedən və ya tək səyahət edən insanlara isə ay daşı tövsiyə olunur. Bu daş emosional balans və dəyişikliklərə daha asan uyğunlaşma ilə əlaqələndirilir.

Sitrin də səyahətçilər arasında geniş yayılıb. “Uğur daşı” adlandırılan sitrinin enerjini, özünəinamı və müsbət əhvali-ruhiyyəni qoruduğuna inanılır.

Turbulentlikdən qorxan və ya yolda həyəcan keçirən insanlara hematit daşı məsləhət görülür. Bu kristal daxili möhkəmlik və sakitlik simvolu hesab edilir.

Bəzi səyahətçilər isə harmoniya və mehriban ünsiyyət rəmzi sayılan çəhrayı kvarsı seçirlər. Bu daş xüsusilə ailəvi və qrup səfərlərində üstün tutulur.

Məqalədə vurğulanır ki, kristalların tibbi və ya müalicəvi təsiri elmi şəkildə sübut edilməyib. Buna baxmayaraq, bir çox insan onları emosional rahatlıq vasitəsi kimi istifadə edir.

Kristallar ən çox bilərzik, kulon və ya üzük formasında daşınır. Bəzi insanlar isə səfərdən əvvəl daşları su ilə təmizləyir və ya ay işığında saxlayırlar.

Samir

Seçilən
19
hit.az

1Mənbələr