Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
PSJ-nin 2 futbolçusu arasında gərginlik yaşanır - Video
PSJ-nin iki futbolçusu arasındakı gərginlik Fransa mətbuatının və azarkeşlərin əsas müzakirə mövzusuna çevrilib.
QOL.az xəbər verir ki, "Daily sport" nəşrinin məlumatına görə, Paris nəhənginin açıq məşqlərindən birində kameralar diqqətçəkən məqamı qeydə alıb.
Belə ki, ukraynalı müdafiəçi İlya Zabarnı və rusiyalı qapıçı Matvey Safonov ənənəvi salamlaşmadan imtina edərək bir-birlərini görməzdən gəliblər. Yayılan kadrlarda digər PSJ futbolçularının bir-biri ilə əl verib görüşdüyü, sözügedən oyunçuların açıq şəkildə baxışlarını yayındırdığı və əl uzatmadan yan keçdiyi öz əksini tapıb.
Qeyd edək ki, sözügedən hadisə Paris klubunun media və azarkeşlər üçün açıq keçirilən məşq prosesi zamanı baş verib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.