AZ

Kann festivalında məşhurların qaldığı hotellərin qiymətləri Siyahı

ain.az, Axsham.az portalına istinadən məlumat yayır.

Fransada keçirilən Kann Film Festivalı zamanı dünyanın ən məşhur simaları lüks hotellərdə qalmağa üstünlük verib. Festival günlərində bu hotellərin qiymətləri minlərlə dolları keçir.

Axşam.az xəbər verir ki, xarici media bununla bağlı yazı dərc edib. Hotellərin siyahısı və qiymətləri açıqlanıb:

Ən məşhur məkanlardan biri "Hôtel du Cap-Eden-Roc" hesab olunur. Dəniz mənzərəli və yüksək məxfilik təqdim edən hotel gecəsi 2 800–15 000 dollar arasında dəyişən qiymətləri ilə tanınır. Burada əsasən Hollivud ulduzları və məşhur iş adamları qalıb.

Festivalın simvollarından biri sayılan "Carlton Cannes, a Regent Hotel" isə ilk Kann Film Festivalına 1946-cı ildə ev sahibliyi etməsi ilə məşhurdur. Tarixi memarlığı ilə seçilən hoteldə bir gecəlik qiymətlər 2 500–6 500 dollar arasında dəyişir.

Məşhurların ən çox seçdiyi digər ünvanlardan biri də "Hôtel Martinez by Hyatt"dir. Art Deco üslubunda dizayn edilən hotel geniş penthausları və lüks xidmətləri ilə diqqət çəkir. Burada gecələmək üçün isə minimum 3 800 dollar ödəmək lazımdır.

Dəniz sahilində olan "JW Marriott Cannes" də ən tələbatlı hotel olub. Burada bir gecə qalmaq 2200-5400 dollar arası hesablanıb. 

"Five Seas hotel Cannes" bir gecə üçün qonaqlardan 1200-3100 dollar tələb edib. Buranı daha çox gənc aktyorlar, blogerlər seçib. 

"Barriere Le Majestic" hoteli də həmin gün qonaqlara ev sahibliyi edib. Gecəsi 3500-7200 dollar arası olan hotelən lüks məkanlardan biri hesab edilir. 

Qeyd edək ki, Kann Film Festivalı dövründə şəhərdə hotellərə tələbat kəskin artır və qiymətlər adi günlərlə müqayisədə bir neçə dəfə bahalaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
axsam.az

1Mənbələr