AZ

Dünya Kubokunun rəsmi mahnısı Dai Dai təqdim olundu VİDEO

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Kolumbiyalı pop ulduz Şakira və nigeriyalı afrobeats ifaçısı Burna Boyun birlikdə səsləndirdiyi "Dai Dai" adlı mahnı 2026-cı il FİFA Dünya Çempionatının rəsmi himni olaraq rəsmən yayımlanıb.

Milli.Az xəbər verir ki, dünya çempionatlarının əvəzolunmaz səsi hesab olunan Şakira, "Waka Waka" (Cənubi Afrika, 2010) və "La La La" (Braziliya, 2014) hitlərindən sonra yenidən futbolun ən böyük səhnəsinə möhtəşəm geri dönüş edib. Bu dəfə o, son illərin ən parlaq ulduzlarından biri olan Burna Boy ilə güclərini birləşdirərək azarkeşlərə fərqli bir ritm bəxş edib.

"Dai Dai" mahnısında Latın Amerikası ritmləri ilə Afrika afrobeats musiqisi mükəmməl şəkildə sintez olunub. Mahnı turnirə ev sahibliyi edəcək ABŞ, Kanada və Meksikanın rəngarəngliyini və qlobal futbol coşqusunu tərənnüm edir.

Mahnı ilə paralel olaraq yayımlanan rəsmi klipdə dünyanın müxtəlif ölkələrindən olan futbol azarkeşlərinin sevinci və turnirin ulduz futbolçularının görüntüləri yer alıb. (Offsideplus.az)

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
news.milli.az

1Mənbələr