“Həmişə istəmişəm qızıl medalım olsun, atama həsr edim” - Şəhid qızından təsirli çıxış
Xəbər verdiyimiz kimi, Azərbaycanın qadın karateçisi Mədinə Sadıqova Almaniyanın Frankfurt şəhərində keçirilən böyüklər arasında Avropa çempionatında qızıl medal qazanıb.
“aia.az” xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Azərbaycanın karate tarixində böyüklər arasında Avropa çempionu olan ilk azərbaycanlı qadın karateçi kimi tarixə düşən Mədinə həm də şəhid qızıdır.
O, Birinci Qarabağ Müharibəsi şəhidi, kapitan Vasif Sadıqovun övladıdır:
“Mənim heç qızıl medalım yox idi. Həmişə istəmişəm ki, qızıl medalım olsun və onu atama həsr edib. Çünki o da bu bayraq altında şəhid olub. Mən də həmin bayrağı, himni Avropada tanıdıram”.