Idman.biz saytına istinadən ain.az xəbər verir.
Atletika üzrə əməkdar məşqçi Əfqan Səfərovun xatirəsinə həsr olunan 29-cu beynəlxalq memorialda sonuncu günün qalibləri müəyyənləşib.
İdman.Biz-in məlumatına görə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı və Dünya Atletikasının dəstəyi ilə keçirilən yarışda Azərbaycan atletləri ilə yanaşı, Gürcüstan, Qırğızıstan və Tacikistandan ümumilikdə 80-ə yaxın idmançı mübarizə aparıb.
Memorialın yarış proqramında 200 metr məsafəyə qaçış üzrə kişilər arasında Tembo Con, qadınlarda isə Lamiyə Vəliyeva qalib olub. 800 metr məsafəyə qaçışda kişilər arasında Bəxtiyar Əsgərli, qadınlar arasında isə Qırğızıstan təmsilçisi Anna Korobovtseva birinci yeri tutub.
Uzunluğa tullanmada qadınlar arasında Sofiya İsrafilova birinci olub. Kişilərin yarışında isə Tacikistan təmsilçisi İldar Ahmadiyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Uzunluğa tullanma
1 İldar Ahmadiyev (Tacikistan)
2 Kəsgin Abbaszadə
3 Cabir Əliyev
Uzunluğa tullanma
1 Sofiya İsrafilova
2 Mehri Nadirova
3 Röya Quliyeva
200 metr məsafəyə qaçış
1 Tembo Con
2 Favoris Muzrapov (Tacikistan)
3 Ruslan Litovski (Qırğızıstan)
200 metr məsafəyə qaçış
1 Lamiyə Vəliyeva
2 Ana Sokhadze (Gürcüstan)
3 Kristina Pronzenko (Tacikistan)
800 metr məsafəyə qaçış
1 Bəxtiyar Əsgərli
2 Cavid Kolanlı
3 İmran Bekcoroev (Qırğızıstan)
800 metr məsafəyə qaçış
1 Anna Korobovtseva (Qırğızıstan)
2 Kristina Çitadze (Gürcüstan)
3 Gülçin Nağıyeva
Qeyd edək ki, Dünya Atletikasının təqvim platformasına daxil olan memorial Avropa çempionatı, Balkan çempionatı və aşağı yaş qrupları üzrə nüfuzlu yarışlarda iştirak edəcək idmançıların müəyyənləşdirilməsi baxımından önəmli yarışlardan sayılır.
İdman.Biz









Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.