AZ

ABŞ İranın sülh sazişini yaxın günlərdə təsdiqləyəcəyini gözləyir

BAKI, 24 may. TELEQRAF

Vaşinqton administrasiyası İran tərəfinin yaxın bir neçə gün ərzində sülh sazişini təsdiqləyəcəyinə ümid edir.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” portalının və İsrailin 12-ci kanalının müxbiri Barak Ravid "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, ABŞ administrasiyasındakı mənbə İranla razılaşmanın bu gün imzalanmayacağını bildirib.

Jurnalist qeyd edib ki, tərəflər hələ də bir neçə detal üzrə yekun razılığa gəlməyiblər və sazişin bəzi elementləri ilə bağlı danışıqlar davam edir.

“Bəzi ifadələr bizim üçün, bəzi ifadələr isə onlar üçün vacibdir”, - deyə amerikalı rəsminin sözlərini sitat gətirən Ravid bildirib.

Məlumata əsasən, ABŞ tərəfi İran hakimiyyətindən bütün təsdiqlərin alınması üçün bir neçə gün tələb olunacağını düşünür.

Mənbə həmçinin qeyd edib ki, İranın ali lideri Müctəba Xamenei sazişin ümumi konturlarını təsdiqləyib. Bununla belə, sənədin yekun razılaşmaya çevrilib-çevrilməyəcəyi hələ də açıq sual olaraq qalır.

Seçilən
30
teleqraf.com

1Mənbələr