AZ

Livan: 2 aya 3151 ölən, 9571 yaralanan var

2026-cı il martın 2-dən bəri Livanda davam edən İsrail hava hücumları və sərhəd toqquşmaları nəticəsində ən azı 3 151 nəfər həyatını itirib, 9571 nəfər yaralanıb.

Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat açıqlayıb. Məlumata görə, ölənlər arasında qadınlar, uşaqlar və mülki şəxslərin də olduğu bildirilir. Minlərlə insan isə müxtəlif dərəcəli yaralanıb.

Münaqişə əsasən Livanın cənub bölgələrində və İsrail sərhədinə yaxın ərazilərdə daha şiddətli şəkildə davam edir. İsrail ordusu hücumların əsas hədəfinin Hizbullahın hərbi mövqeləri olduğunu bəyan etsə də, yaşayış məntəqələrinin də zərər görməsi beynəlxalq ictimaiyyətin narahatlığını artırıb. Bir çox kənd və şəhərlərdə infrastruktur dağılıb, yaşayış binaları zədələnib, məktəblər və xəstəxanalar fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

Livan hökuməti bildirir ki, davam edən bombardmanlar səbəbindən yüz minlərlə insan evlərini tərk edib. Xüsusilə cənub bölgələrindən Beyrut və ölkənin daha təhlükəsiz hissələrinə böyük köç dalğası müşahidə olunur. Humanitar təşkilatlar bölgədə ərzaq, dərman və tibbi yardım çatışmazlığının kritik həddə çatdığını qeyd edirlər.

Analitiklərin fikrincə, regionda vəziyyətin daha da pisləşməsi Yaxın Şərqdə genişmiqyaslı təhlükəsizlik böhranına səbəb ola bilər. Hazırda beynəlxalq ictimaiyyət həm Livanda humanitar fəlakətin qarşısını almağa, həm də tərəflər arasında uzunmüddətli sülh danışıqlarını təşviq etməyə çalışır.

Aydın

Seçilən
19
1
bakivaxti.az

2Mənbələr