AZ

Etirazlar ALOVLANDI: Polis və etirazçılar QARŞI QARŞIYA Bu ölkədə

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Serbiyanın paytaxtı Belqradda tələbələr və müxalifət tərəfdarlarının keçirdiyi etiraz aksiyaları zamanı polis ilə nümayişçilər arasında baş verən qarşıdurma axşam saatlarında yenidən şiddətlənib.

Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, şəhər mərkəzində etirazçılarla polis arasında yaranan toqquşmalar zamanı yollar zibil konteynerləri ilə bağlanıb. Təhlükəsizlik qüvvələri kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan və fiziki gücdən istifadə edib.

Hadisələr ilk olaraq Serbiya parlamenti və Prezident Aleksandar Vuçiç tərəfdarlarının düşərgə saldığı Pionirski Parkı ətrafında başlayıb. Polis etirazçıları Kral Aleksandar Bulvarı boyunca Belqrad Universitetinin Hüquq fakültəsinə doğru geri çəkilməyə məcbur edib.

Hüquq fakültəsinin qarşısında toplaşan etirazçılar zibil konteynerlərindən barrikada quraraq yolu bağlayıb, əraziyə gələn polis maşınlarına isə şüşə qablar və pirotexniki vasitələr atıblar. Bundan sonra əlavə polis qüvvələri hadisə yerinə cəlb olunub. Polis əməkdaşları dəyənək və qalxanlardan istifadə edərək yolu yenidən nəqliyyat üçün açıb.

Polis maşınları parlament binasına qayıtsa da, hüquq fakültəsinin qarşısında toplaşan insanların dağılmadığı bildirilib. Bölgədə təhlükəsizlik tədbirləri jandarma qüvvələrinin dəstəyi ilə daha da gücləndirilib.

Serbiya Polis İdarəsinin rəisi Dragan Vasilyeviç bildirib ki, etiraz aksiyasına 34 min 300 nəfər qatılıb. O qeyd edib ki, iştirakçıların hamısı fəal etirazçı olmayıb./ajans.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
avtosfer.az

1Mənbələr