AZ

"Qalatasaray"ın sabiq futbolçusunu Türkiyə klubu istəyir

"Qalatasaray"ın sabiq futbolçusu Tanquy Ndombele yenidən Türkiyəyə geri qayıda bilər.

Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, “Nitsa”nın futbolçusu birinci liqaya geri qayıdan “Bursaspor” Ndombele ilə danışıq aparır.

“Timsahlar” yarımmüdafiəçidən ilkin razılıq alıb. Onun “Nitsa” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Ndombele “Amyen”, “Lion”, “Tottenhem”, “Napoli”, “Qalatasaray” klublarının formasını geyinib.

 

saytlarin hazirlanmasi

Seçilən
101
2
sportal.az

3Mənbələr