AZ

“Azərbaycanın qonaqpərvərliyi dünyada diqqətlə qarşılandı”

Xalqcebhesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Azərbaycan WUF13 ilə dünyaya növbəti bir master-klas keçdi. Tədbir necə keçirilə bilər, hansı formada keçirilə bilər, ümumiyyətlə, tədbir keçirmək nə deməkdir bunu açıq-aydın dünyaya göstərdi və bir unikal nümunəni ortaya qoydu. İlk dəfə bu qədər insan bu tədbirdə iştirak etdi. Yəni 176 ölkədən 58 mindən çox qonağın iştirakı bu, çox önəmlidir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat Azərbaycanın qonaqpərvərliyinin dünyada diqqətlə qarşılandığını vurğulayıb: “İlk dəfə bu tədbirdə 27 dövlət, hökmət başçısı iştirak etdi. Yəni heç zaman bu qədər ölkə rəhbəri, lider bu tədbirdə iştirak etməmişdi. Bu dəfə biz bunu müşahidə etdik. Bu, olduqca tarixi bir məsələdir, tarixi bir məqamdır. Burada həm də vacib bir məsələ bundan ibarətdir ki, Azərbaycan qısa müddətdə Qarabağı bərpa etdi, böyük quruculuq işlərini həyata keçirdi. Forumda həmçinin ilk dəfə “Bakı Şəhərsalma Mükafatı" təsis edildi”.

C.Məmmədov diqqətə çatdırıb ki, bu gün dünyada münaqişələr, müharibələr, urbisid gedir, dünyada ciddi problemlər var, Azərbaycan isə sabitdir, güclüdür, müstəqildir, qalibdir, öz ərazisini işğaldan azad edib və dünyada münaqişələrin məkanı kimi yox, çox vacib məsələlərin müzakirə olunduğu bir məkan kimi tanınır, bilinir, xarakterizə olunur.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
62
icma.az

1Mənbələr