AZ

ABŞ və İran Hörmüz boğazının yenidən açılmasına prinsipcə razılaşıblar

Saziş günlər içində qüvvəyə minə bilər. Əldə edilən razılaşma sənədində sadəcə Tramp və Ali Rəhbərin imza atması qalır...

ABŞ və İran Hörmüz boğazının yenidən açılmasına imkan verəcək sazişin əsas şərtləri üzrə razılığa gəlib.

Poliqon xəbər verir ki, New York Times nəşrinin məlumatına görə, sazişin əsas şərti İranın yüksək səviyyədə zənginləşdirilmiş uranını utilizasiya etmək öhdəliyini götürməsidir.

Nəşr Amerika rəsmisinin şərhini də dərc edib. Qeyd edilir ki, bu, inzibatiyyat nümayəndəsinin sazişin təfərrüatlarını ilk dəfə açıqlamasıdır. Rəsminin sözlərinə görə, saziş hələ imzalanmayıb və Prezident Trampın, eləcə də İranın Ali Rəhbərinin yekun təsdiqinə ehtiyac var. Bu prosesin bir neçə gün çəkəcəyi gözlənilir.

İranın yüksək səviyyədə zənginləşdirilmiş uranı utilizasiya etmə mexanizmi isə hələ müzakirə mərhələsindədir. Rəsmi bildirib ki, saziş İranın raket arsenalı məsələsini əhatə etmir və uran zənginləşdirməsinə moratorium nəzərdə tutmur. Həmin məsələlər gələcək danışıqlar çərçivəsində nəzərdən keçiriləcək.

Poliqon.info

Seçilən
47
poliqon.info

1Mənbələr