ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qırğızıstanın paytaxtı Bişkekdə baş verən təhlükəli hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, sürücünün polis əməkdaşının “dayan” əmrinə tabe olmaması və avtomobili hərəkətdə saxlamağa davam etməsi ciddi narahatlıq yaradıb.
Hadisə zamanı polis əməkdaşının avtomobilin kapotunda qaldığı görülür. Buna baxmayaraq sürücü hərəkəti dayandırmayıb və yoluna davam edib. Ətrafda olan şəxslər baş verənləri mobil telefon vasitəsilə lentə alaraq sosial şəbəkələrdə yayıblar.
Kadrlarda polis əməkdaşının təhlükəli vəziyyətdə qaldığı aydın görünür. Hadisənin hansı səbəbdən baş verdiyi və sürücünün niyə saxlanma əmrinə tabe olmadığı hələlik açıqlanmayıb.
Eltac
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.