Apa.az saytına istinadən ain.az xəbər verir.
Turkiyə və Ermənistan arasında birbaşa ticarət regional sülh və sabitliyə mühüm töhfə verəcək
APA xəbər verir ki, bu barədə Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç X-da paylaşımında bildirib.
“Turkiyə–Ermənistan münasibətlərinin normallaşması prosesi çərçivəsində birbaşa ticarət sahəsində yeni addım atılıb. Bu yeni addımın Türkiyə–Ermənistan–Azərbaycan–Gürcüstan dördtərəfli əməkdaşlığını daha da inkişaf etdirəcəyinə, həmçinin regional sülh və sabitliyə mühüm töhfə verəcəyinə inanır və bunun bütün ölkələr üçün xeyirli olmasını arzulayıram”, - deyə Sərdar Kılıç qeyd edib.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono da X-da paylaşımnda Avropa İttifaqınn bu addımı dəstəklədiyini bildirib.
Qeyd edək ki, bundan öncə Nikol Paşinyan Axalkalaki–Qars dəmir yolunun Ermənistanın ixrac və idxalı üçün açıldığını bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.