AZ

Füzuli Məmmədov Premyer Liqadakı son oyundan nə danışdı?

“Karvan-Yevlax”ın baş məşqçisi Füzuli Məmmədov Misli Premyer Liqasının 33-cü turu çərçivəsində “İmişli”yə qarşı səfərdə keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 1:1 hesablı bərabərliyi belə şərh edib:

"Mövsümün son oyunu idi. Turnir mövqeyi baxımından əhəmiyyəti olmayan görüş idi. Amma qalib gəlmək istəyirdik. 
Uzun marafon oldu, əziyyət çəkdik. Təəssüf ki, elitada yerimizi qoruya bilmədik. I Liqada iddialı olacağıqsa, dediyim şərtlər yerinə yetiriləcəksə, qalıb işləyəcəyəm. Komandada Premyer Liqada oynayan futbolçular var, saxlaya bilsək, I Liqada bu bizim işimizə yaraya bilər. Yaxında rəhbərliklə görüşümüz olacaq. İlk öncə "Karvan-Yevlax"ın təklifinə baxacağam, danışığımız baş tutmasa, digər təkliflərə açıq olacağam. 
"Karvan-Yevlax"da çalışmağıma qətiyyən peşman deyiləm. Əksinə, təcrübə oldu, özüm üçün çox şey götürdüm".

Mirağa

Seçilən
1
1
fanat.az

2Mənbələr