AZ

MPL: Mövsümün son oyununda qalib müəyyənləşmədi

Misli Premyer Liqasında 2025/26 mövsümünə yekun vurulub.

Fanat.Az xəbər verir ki, 33-cü turun və mövsümün son oyun günündə bir qarşılaşma baş tutub. 

"İmişli" Qubada "Karvan-Yevlax"ı qəbul edib. Görüşün taleyini 1 qol həll edib. Qinaqlar minimal hesablı qələbəyə seviniblər. 

Daha öncə “Qəbələ” “Şamaxı”ya (3:1), “Sabah” “Turan Tovuz”a (2:1), “Qarabağ” “Sumqayıt”a (4:3), "Neftçi" "Kəpəz"ə (1:0), "Araz-Naxçıvan" "Zirə"yə (3:2)  qalib gəlib

Xatırladaq ki, "Sabah" ölkəmizi Çempionlar Liqasında, "Qarabağ" Avropa Liqasında təmsil edəcək. "Turan Tovuz" və "Nefti" isə Konfrans Liqasında mübarizə aparacaqlar.

Misli Premyer Liqası
33-cü tur
24 may 

“İmişli” – “Karvan-Yevlax” 1:1 
Qol: Dioqu Kardozu, 90+4 - Peter Kinqs, 28.

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Tərlan Talıbzadə, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov, Rahil Ramazanov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Quba. Olimpiya İdman Kompleksinin stadionu.

İmişli”: 99. İmam Əli 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 97. Xəzər Mahmudov 5. İdris İnqilablı 70. Mehdi Tahirov 44. Həzrət İsayev 11. Vüsal Qənbərov 3. Tuncay Yusifli 20. Nazim Hüseynov 29. Edvin Banquera (k). 
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 33. Andrey Sinenka 90. Riad Abbaszadə 47. Orxan Fərəcov 30. Xəlil Mürsəlli 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 6. Yau Mozes 79. Dioqo Kardozu 17. Ezekiel Morqan. 
Baş məşqçi: Jorje Kaşkilya. 
Karvan-Yevlax”: 1. Kamran İbrahimov 33. Eltun Turabov (k) 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 17. Samir Abdullayev 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 8. Peter Kings. 
Ehtiyat oyunçular: 25. Əmrah Bulud 18. Süleyman Əhmədov 14. Uğur Cahangirov 19. Tompson Qavi 10. Samuel Durrant. 
Baş məşqçi: Füzuli Məmmədov. 

Seçilən
1
fanat.az

1Mənbələr