Bu gün Azərbaycan Premyer Liqasında 2025-2026 mövsümünə yekun vurulub.
İdmanxeber.az xəbər verir ki, sonuncu – 33-cü turda bir oyun keçirilib.
“İmişli” Qubada “Karvan-Yevlax”ı qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb. Bu oyun komandaların turnir cədvəlindəki mövqeyinə təsir etməyib. Belə ki, mövsümü “İmişli” 9-cu, “Karvan-Yevlax”ın isə sonuncu – 12-ci pillədə tamamlayıb.
24 may (bazar)
16:00. “İmişli” – “Karvan Yevlax” – 1:1
Qollar: Peter Kings, 29 (0:1), Dioqo Kardozu, 90+4 (1:1)
Baş Hakim: İnqilab Məmmədov
Quba Olimpiya İdman Kompleksinin stadionu