Niderland Erediviziyasında Konfrans Liqasına vəsiqə uğrunda pley-off mərhələsinin final oyunu keçirilib.
QOL.az xəbər verir ki, Amsterdam təmsilçisi "Ayaks" "Utrext" komandası ilə üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Qalibin taleyi əlavə vaxtda və penaltilər seriyasında həll olunub.
24 may
"Ayaks" - "Utrext" - 1:1 (Penaltilər seriyası - 4:3)
Qollar: D.Klassen // Q.Zexiel
Bu qələbə sayəsində "Ayaks" növbəti mövsüm üçün UEFA Konfrans Liqasında iştirakını təmin edib.