AZ

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib » AzadMedia.az


Rusiya ordusunun Ukraynaya həyata keçirdiyi raket və dron hücumu nəticəsində Azərbaycanın Kiyevdəki səfirlyinin binasına zərər dəyib.

Azərbaycanın Ukraynadakı səfirliyinin yerləşdiyi Şevçenko rayonu ərazisinə atılan raketlərdən bəziləri diplomatik nümayəndəlik binasının yaxınlığına düşüb.

Zərbə nəticəsində səfirlik binasının pəncərələri sınıb.

Qeyd edək ki, bu hal birinci dəfə deyil ki, yaşanır. Paytaxt Kiyevə hava hücumları nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binası bir neçə dəfə ziyan görüb. 14 noyabr 2025-ci ildə həyata keçirilən hücumlarda səfirliyə dəymiş ziyan miqyasına görə daha böyük və ciddi olub. Hadisə ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiyaya nota verib.(AZƏRTAC)
Seçilən
4
12
azadmedia.az

10Mənbələr