AZ

Şəhidlikdən sevgiyə: Təranə Yusifqızının yaradıcılığı festivalda təqdim olundu

Bu gün VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının üçüncü günü çərçivəsində Bizim.Medianın masasında şairə və yazıçı Təranə Yusifqızı oxucularla görüşüb və yaradıcılığı barədə məlumat verib.

Bizim.Media xəbər verir ki, o, altı kitabın müəllifidir, hazırda isə daha üç kitabı nəşrə hazırlanır.
 

MÖVZU İLƏ BAĞLI:

 
Bəhmən Cabbaroğlu kitablarını festival iştirakçılarına hədiyyə etdi


Təranə Yusifqızı yaradıcılığında şəhidlik, sevgi, lirika və müxtəlif həyat mövzularına yer verir. O, nəsr sahəsində də hekayə və povest janrlarında əsərlər qələmə alır. Müəllif, həmçinin sərbəst şeir və heca vəznində yazdığı poeziya nümunələri ilə tanınır.

Qeyd edək ki, Təranə Yusifqızı Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Turan Yazarlar Birliyinin üzvüdür. Müəllif “Qızıl qələm” mükafatı, “Ulu öndər” diplomu, “Abdulla Şaiq” və “Xurşidbanu Natəvan” media mükafatlarına layiq görülüb.

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində müxtəlif müəlliflərin təqdimatları və oxucularla görüşləri davam edir.

Xatırladaq ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, "İnam" Mühafizə Şirkəti, "Mədəniyyət" kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.

Xədicə Paşayeva, İntiqam İbrahimov, Bizim.Media

Seçilən
21
bizim.media

1Mənbələr