AZ

ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər

ABŞ və İran arasında danışıqların növbəti raundu iyunun 5-də keçirilə bilər.Bu barədə “Al Hadath” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Tehran və Vaşinqton qarşılıqlı anlaşma memorandumu imzaladıqdan sonra yekun məsələlər üzrə danışıqları davam etdirməyi planlaşdırır.

Məlumata görə, tərəflər arasında ilkin razılaşma “İslamabad bəyannaməsi” adlandırılacaq. Mənbələr bildirir ki, danışıqlarda əsas vasitəçi olan Pakistan memorandum barədə əsas tərəflərin iştirakı olmadan da açıqlama verə bilər.

Yekun razılaşma üzrə danışıqlar başlayacağı təqdirdə Vaşinqton və Tehran nümayəndə heyətlərinin rəhbərlərini prosesə göndərəcək.

Seçilən
8
5
anews.az

6Mənbələr