AZ

İrandan İsrailə zərbə: “görünməz silah” belə vuruldu

İranın cənubunda İsrailə məxsus olduğu iddia edilən kəşfiyyat pilotsuz uçuş aparatı vurulub. 

Globalinfo.az xəbər verir ki, bu barədə  “Mehr” agentliyi məlumat verib.

İranın hava hücumundan müdafiə qüvvələri Hormozqan vilayəti üzərində, Bəndər Abbas yaxınlığında “görünməz” texnologiyaya malik olduğu bildirilən pilotsuz aparatı aşkarlayıb və məhv edib.

Rəsmi şəxslərin sözlərinə görə, hədəf xüsusi və məxfi saxlanılan müdafiə sistemi vasitəsilə zərərsizləşdirilib.

Açıqlamada əlavə olunur ki, pilotsuz aparatın qalıqları sonradan Fars körfəzi ərazisində aşkar edilib.

İran tərəfi hadisə ilə bağlı əlavə texniki məlumat paylaşmayıb.

Seçilən
16
editor.az

1Mənbələr