AZ

Mourinyo “Benfika”dan niyə narazı qaldı?

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Real”a mümkün təyinatından asılı olmayaraq, Lissabon klubunu tərk etmək qərarına gəlib.

Publika.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, portuqaliyalı mütəxəssisin gedişi dostyana ayrılıq da sayılmır. Bildirilir ki, “Benfika” rəhbərliyi Mourinyonun cümə axşamı yeni müqavilə təklifi aldığını açıq şəkildə bəyan etməsindən narazı qalıb. Təcrübəli çalışdırıcı həmin vaxt bildirmişdi ki, bazar günü keçiriləcək son oyuna qədər bu təklifi nəzərdən keçirməyəcək.

Öz növbəsində Mourinyo da klubun yeni müqavilə təklifini gecikdirməsindən narazı qalıb. O hesab edir ki, rəhbərlik yalnız “Real”ın ona maraq göstərməsindən sonra hərəkətə keçib.

Seçilən
34
50
publika.az

10Mənbələr