AZ

Kılıçdaroğlundan “CHP qərargahını boşaldın” tələbi-Polis binaya daxil oldu

Türkiyənin ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankaradakı baş qərargahı ətrafında gərginlik davam edir.

Çevik polis qüvvələri baş qərargahın boşaldılması üçün binaya daxil olub.

Qeyd edək ki, məhkəmə qərarı ilə yenidən CHP-nin sədri postuna bərpa olunan Kamal Kılıçdaroğlu ipartiya üzvlərinin polisə müqavimət göstərməməsini və binanın yeni heyətə təhvil verilməsini tələb edib. Keçmiş sədr Özgür Özel və tərəfdarları isə binanı tərk etməyəcəklərini bildirib.

Qeyd edək ki, mayın 21-i Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 2023-cü ilin noyabrında keçirilən 38-ci qurultayının nəticələri məhkəmə qərarı ilə ləğv olunub.

Qərara əsasən, CHP sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb, partiyanın sabiq lideri Kamal Kılıçdaroğlu isə yekun qərar qəbul edilənədək müvəqqəti olaraq sədr postuna bərpa edilib.

AzPost.az

Seçilən
27
9
azpost.info

10Mənbələr