Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Küveytdə ortaya çıxan və təxminən 30 ili əhatə edən şəxsiyyət saxtakarlığı işi ölkədə geniş rezonans doğurub.Bir qadının vəfat etmiş Küveyt vətəndaşının kimliyindən istifadə edərək illərlə rəsmi qeydlərdə başqa şəxs kimi yaşadığı, bu müddətdə dövlət tərəfindən təqdim olunan maaş, mənzil və müxtəlif sosial yardımlardan yararlandığı iddia edilib. Demokrat.az xəbər verir ki, uzunmüddətli araşdırmadan sonra üzə çıxan hadisə ölkədə ictimai yardım və vətəndaşlıq sisteminə nəzarət mexanizmlərini yenidən gündəmə gətirib.Məlumata görə, hadisə 1995-ci ildən başlayır. Məhkəmə materiallarında qeyd olunur ki, qadın və atası saxta sənədlər hazırlayaraq onu vəfat etmiş Küveyt vətəndaşının qızı kimi qeydə aldırıblar.“Gulf News”un yaydığı məlumata əsasən, qadın uzun illər bu kimlik altında heç bir şübhə doğurmadan yaşayıb. İstintaq sənədlərinə görə, o, rəsmi sistemdə həmin şəxs kimi qeydiyyatda olub və bu statusu davamlı şəkildə istifadə edib.İddialara görə, qadın saxta kimlik vasitəsilə təxminən 30 il ərzində aylıq maaş, pensiya ödənişləri, dövlət dəstəkli mənzil və vətəndaşlara təqdim olunan müxtəlif sosial və maliyyə imtiyazlarından istifadə edib. Hakimiyyət orqanları bu halların yalnız kimlik saxtakarlığı ilə məhdudlaşmadığını, dövlət vəsaitlərinin uzun müddət qanunsuz şəkildə mənimsənildiyini bildiriblər.İşin üzə çıxması illərlə davam edən arxiv və rəsmi sənəd yoxlamalarından sonra mümkün olub. Müstəntiqlər uzun müddət Küveyt vətəndaşı kimi tanınan şəxsin əslində başqa bir şəxsiyyət vəsiqəsindən istifadə etdiyini müəyyən ediblər.Küveyt Cinayət Məhkəməsi hakim Dr. Xalid Əl-Umeyranın sədrliyi ilə keçirilən iclasda qadın və atasına 7 il ağır həbs cəzası verib. Bundan əlavə, onlara 1,5 milyon Küveyt dinarı məbləğində cərimə tətbiq edilib.Məhkəmə həmçinin qanunsuz əldə olunan bütün gəlirlərin dövlətə geri qaytarılmasına qərar verib. Qərarın son illərdə Küveytdə artan saxta kimlik və sosial yardım sistemindən sui-istifadə hallarına qarşı aparılan tədbirlərin bir hissəsi olduğu bildirilir.Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.