AZ

Yaponiyada süvari yarışı zamanı qəza: Altı nəfər xəsarət aldı VİDEO

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Atçılıq ənənələri ilə tanınan Yaponiyanın “Soma Nomaoi” festivalında qəza baş verib.

İdman.Biz xəbər verir ki, hadisə Fukusima prefekturasının Minamisoma şəhərində keçirilən tədbirin ikinci günündə qeydə alınıb. Zirehli geyimli süvarilərin qatıldığı “Kacçu keyba” yarışının beşinci qaçışında at süvarini üzərindən salaraq nəzarətdən çıxıb və tamaşaçılar olan istiqamətə qaçıb.

Hadisə nəticəsində altı nəfər xəsarət alıb. Yaponiya mediasının məlumatına görə, yaralananlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

“Soma Nomaoi” İcra Komitəsinin açıqlamasında nəzarətdən çıxan atın tamaşaçı ilə toqquşduğu və daha sonra saxlanıldığı bildirilib.

Qeyd edək ki, “Soma Nomaoi” Yaponiyanın min ildən artıq tarixi olan ənənəvi festivalıdır. Tədbirdə zirehli geyimli süvarilər tarixi döyüş səhnələrini xatırladan yürüş və at yarışlarında iştirak edirlər.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
53
icma.az

1Mənbələr