AZ

Mourinyu həmyerlisini Real a gətirir

Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Real Madrid"ə baş məşqçi təyinatı reallaşmaqda olan Joze Mourinyu artıq yeni komandasını formalaşdırır. 

Fanat.Az xəbər verir ki, "Mançester Yunayted"in müdafiəçisi Dioqu Dalo əsas namizədlərdən birinə çevrilib.

"Sport.es"-in məlumatına görə, portuqaliyalı mütəxəssis Dani Karvahalın gedişindən sonra müdafiənin sağ cinahında Trent Aleksandr-Arnoldun varlığına baxmayaraq, bu mövqedə rəqabətə ehtiyacı olduğunu düşünür.

Mourinyu həmyerlisinin bacarıqlarını yüksək qiymətləndirir və Dalonun "Real Madrid"in tələblərinə cavab verdiyinə əmindir. 27 yaşlı futbolçunun transfer dəyəri təxminən 35 milyon avrodur ki, bu da Madrid klubunu qane edir.

2025/26 mövsümündə Dalo bütün yarışlarda 36 oyunda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun "Mançester Yunayted"lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Mirağa

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
fanat.az

1Mənbələr