AZ

Universitetlər kütləvi şəkildə BAĞLANIR - Rektordan XƏBƏRDARLIQ

Ukraynada yaxın illərdə yüzlərlə ali təhsil müəssisəsinin bağlanması və ya birləşdirilməsi gündəmə gələ bilər.

Musavat.com xəbər verir ki, buna səbəb məktəblərdə şagird sayının sürətlə azalması və demoqrafik böhranın dərinləşməsidir.

Bu barədə RBK-Ukraynaya müsahibəsində Xarkov Milli Karazin Universitetinin rektoru Tatyana Kaqanovskaya danışıb.

Onun sözlərinə görə, Ukraynada universitetlər arasında rəqabət hər zaman mövcud olub və ali məktəblər tələbələri cəlb etmək üçün keyfiyyətli təhsil uğrunda yarışıb. Lakin hazırda vəziyyət tamamilə dəyişib.

“Yalnız güclü dəyərlər sistemi, nüfuzlu elmi məktəblər, peşəkar kadr heyəti və vahid komanda ruhuna malik universitetlərin ayaqda qalmaq şansı var”, – deyə rektor bildirib.

Kaqanovskaya vurğulayıb ki, ali təhsil sistemi çox ciddi demoqrafik problemlərlə üz-üzədir.

“İbtidai siniflərdə oxuyan uşaqların sayı artıq indidən göstərir ki, qarşıdakı 5-10 ildə universitetləri çox ağır dövr gözləyir”, – deyə o qeyd edib.

Məlumata görə, tələbə sayının azalması səbəbindən bir çox ali məktəb ya fəaliyyətini dayandırmalı, ya da digər universitetlərlə birləşməli olacaq.

Qeyd edək ki, Ukraynanın demoqrafik vəziyyəti ilə bağlı narahatlıqlar son dövrlərdə daha da artıb. “Business Insider”in Dünya Bankı və BMT məlumatları əsasında apardığı hesablamalara görə, 2025-ci ildə təxminən 1,7 milyon qaçqın Ukraynaya geri qayıdıb və bu, ölkə əhalisinin 4,4 faiz artmasına səbəb olub.

Bununla yanaşı, demoqraf Ella Libanova müharibədən sonra Ukraynanı yeni güclü miqrasiya dalğasının gözlədiyini bildirib.

Onun fikrincə, Avropada məskunlaşan ailələri ilə birləşmək üçün yüz minlərlə ukraynalı kişi ölkəni tərk edə bilər.

Musavat.com

Seçilən
5
1
musavat.com

3Mənbələr