Misli premyer-liqasına vəsiqə uğrunda pley-off oyununun nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.
"Football-plus.az" xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının, premyer-liqanın 11-cisi “Qəbələ”nin və 1-ci liqanın son turunda 2-ci yeri tutan “Mingəçevir”in nümayəndələri iştirak ediblər. Püşkatmaya əsasən “Qəbələ” nominal meydan sahibi olub.
PFL-in qərarına əsasən, premyer-liqa uğrunda pley-off oyunu 28 may tarixində Sumqayıtdakı “SOCAR Polymer Arena”da keçiriləcək. Görüş saat 18.30-da start götürəcək və “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq. Oyunda VAR sistemi tətbiq ediləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta