AZ

​Kürdəmirdə iki elti arasında dava, azyaşlı xəsarət aldı

Kürdəmirdə iki elti davasında 7 yaşlı qız bıçaq xəsarəti alıb.
 
Moderator.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Mürtülü kəndində qeydə alınıb. Belə ki,aralarında yaranan şəxsi münasibətlər zəminində mübahisə kənd sakinləri eltilərin biri bıçağa əl atıb. Bu zaman həmin bıçaq yaxınlıqda olan 2019-cu il təvəllüdlü Cəbrayılova Nuray Mehman qızının çənə nahiyəsindən dəyib.Bıçaq xəsarəti alan azyaşlı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
 
Hazırda faktla bağlı araşdırmalara başlanılıb.
Seçilən
33
moderator.az

1Mənbələr