AZ

Rusiyanın strateji obyekti VURULDU: Hava limanları yanacaqsız qaldı -VİDEO

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) dronları Rusiyanın Vladimir vilayətində yerləşən və Moskva regionunu yanacaqla təmin edən mühüm neftötürmə stansiyasına zərbə endirib.

Musavat.com xəbər verir ki, bu barədə RBK-Ukrayna UTX-nin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən verilən tapşırıqlar çərçivəsində UTX-nin “Alfa” Xüsusi Əməliyyatlar Mərkəzinin əməkdaşları Rusiyanın Vladimir vilayətində yerləşən “Vtorovo” xətti istehsalat-dispetçer stansiyasını (LPDS) vurublar.

Bildirilir ki, stansiya magistral neft məhsulları kəmərləri sistemində mühüm qovşaqlardan biridir və əsasən dizel yanacağını Rusiyanın mərkəzi hissəsindəki neft emalı zavodlarından ixrac limanlarına və daxili istehlakçılara nəql edir.

Həmçinin qeyd olunub ki, obyekt Moskva ətrafındakı iri neft bazalarını, eləcə də Şeremetyevo, Domodedovo və Vnukovo hava limanlarını yanacaqla təmin edir.

UTX dronlarının uğurlu hücumu nəticəsində obyektdə 800 kvadratmetr ərazini əhatə edən genişmiqyaslı yanğın baş verib.

UTX rəhbəri Yevgeni Xmara bildirib ki, qurum artıq yeni xüsusi əməliyyatlar hazırlayır:

“Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələrin intensivliyi daha da artacaq. Uzaqmənzilli sanksiyalarımız fəaliyyətini davam etdirəcək”.

Xatırladaq ki, ötən gecə və bu gün səhər saatlarında Ukrayna Müdafiə Qüvvələri Rusiyaya məxsus bir sıra mühüm obyektlərə zərbələr endirib. “Tamannefteqaz” neft terminalının, təminat anbarlarının və Rusiya qüvvələrinə aid gəmilərin vurulduğu bildirilir.

Musavat.com

Seçilən
9
5
musavat.com

10Mənbələr