AZ

Kallas: Aİ XİN rəhbərləri Rusiyaya təzyiqlərin artırılmasını müzakirə edəcəklər - FOTO

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanın Kiyevə təşkil etdiyi son gecə hücumuna reaksiya verib.

Bizim.Media xəbər verir ki, Kallas "X" sosial şəbəkəsindəki hesabında bildirib ki, Aİ ölkələrinin xarici işlər nazirləri bu hadisədən sonra Rusiyaya qarşı təzyiqlərin gücləndirilməsi yollarını masaya yatıracaqlar.

Kaya Kallas Rusiyanın döyüş meydanındakı uğursuzluqlarını mülki əhaliyə qarşı terrorla kompensasiya etməyə çalışdığını vurğulayıb:

"Rusiya döyüş meydanında dalana dirənib, buna görə də şəhər mərkəzlərinə məqsədli zərbələr endirməklə Ukraynanı terrorizə edir. Bunlar mümkün qədər çox dinc sakini öldürmək məqsədi daşıyan iyrənc terror aktlarıdır".

Aİ rəsmisi Rusiyanın hücum zamanı ortamənzilli ballistik raketlərdən istifadə etməsinə də toxunub:

"Verilən məlumatlara görə, Moskva tərəfindən nüvə başlıqları daşımaq üçün nəzərdə tutulmuş ortamənzilli “Oreşnik” ballistik raketlərindən istifadə edilməsi siyasi qorxutma taktikasıdır və müharibənin astanasında atılan məsuliyyətsiz bir addımdır".

Kallas qeyd edib ki, yaranmış vəziyyətlə əlaqədar olaraq gələn həftə Avropa İttifaqının xarici işlər nazirləri bir araya gələcək və Rusiyaya qarşı beynəlxalq təzyiqlərin necə artırılacağını müzakirə edəcəklər.



Bizim.Media

Seçilən
5
29
bizim.media

10Mənbələr