AZ

Fransa klubu “Qarabağ”ın yeni ulduzunu bəyəndi

“Qarabağ”ın gənc futbolçusu Əli Bəşirov hazırda Fransadadır.

O, “Strasburq”da baxışdadır.

15 yaşlı yarımmüdafiəçi may ayının sonuna qədər Liqa-1 klubunun düşərgəsində qalacaq. Əlinin onlara lazım olub-olmaması baxış müddəti bitəndən sonra dəqiqləşəcək.

Əli Bəşirov bu mövsüm “Qarabağ”ın əsas komandasında debüt edib. Aşağı yaş qrupları üzrə millilərə də dəvət alan orta sahə oyunçusu barədə Fransadan gələn son xəbərlər ümidvericidir.

“Strasburq”un məşqçiləri azərbaycanlı istedadın düşünmə qabiliyyətini və topla rəftarını çox bəyənir.

Yerli mütəxəssislərin fikrincə, Əli böyük perspektiv vəd edir, sadəcə, fiziki keyfiyyətlərini bir qədər də yaxşılaşdırmalıdır.

“Strasburq”lular onu U-17 millisinin heyətində bəyənib. Ötən ilin payızından bəri Bəşirovu diqqət mərkəzində saxlayırlar.

SPORTİNFO.AZ

Seçilən
65
50
sportinfo.az

10Mənbələr