AZ

Hamilə qadınlar üçün təhlükəli məhsullar AÇIQLANDI

Yenisabah saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Hamiləlik dövründə düzgün qidalanma ana və körpənin sağlamlığı üçün mühüm rol oynayır.

“Yeni Sabah” xəbər verir ki, mütəxəssislər bildirirlər ki, hamiləliyin ilk əlamətləri yarandığı andan etibarən qadın gündəlik qida rasionuna xüsusi diqqət yetirməlidir. Yeməklərin tərkibində dölün inkişafı üçün vacib olan vitamin və minerallar yer almalı, eyni zamanda artıq çəki artımına səbəb olmamalıdır.

Hamiləliyin ilkin mərhələsində fol turşusu, kalsium, dəmir, B, C və E vitaminləri ilə zəngin qidaların qəbul edilməsi tövsiyə olunur. Fol turşusu çatışmazlığı uşaqlarda psixi inkişaf pozğunluqları, hamilə qadınlarda isə qanazlığı və erkən doğum riski yarada bilər. Pepperoni pizza

Həkimlərin sözlərinə görə, birinci trimestrdə ət, balıq, tərəvəz və süd məhsulları əsas qida rasionunda yer almalıdır. Düzgün qidalanmama isə toksikoz hallarını artıra bilər. Hamiləliyin 6-cı həftəsində dölün skelet sistemi formalaşmağa başladığı üçün süd və süd məhsullarının istifadəsi xüsusilə vacib hesab olunur. Bu dövrdə orqanizmin kalsium və fosfora ehtiyacı artır.

Həmçinin 9-10-cu həftələrdə sink və E vitamini ilə zəngin qidaların qəbul edilməsi tövsiyə edilir. Çörək məhsulları əvəzinə isə yulaf, arpa, qəhvəyi düyü və bulqur kimi faydalı taxıllara üstünlük verilməsi məsləhətdir.

Mütəxəssislər təzə pasterizə olunmamış süd məhsullarından uzaq durmağı da tövsiyə edirlər. Bildirilir ki, belə məhsullar toksoplazma, bruselyoz və listerioz kimi infeksiyalara yoluxma riskini artıra bilər.

Qeyd olunur ki, hamilə qadınlar gündəlik təxminən 1000 mq kalsium və 27 mq dəmir qəbul etməlidir. Süd, qatıq, pendir və yaşıl tərəvəzlər əsas kalsium mənbələri hesab olunur.

Aytac Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
20
yenisabah.az

10Mənbələr