AZ

Serdar Kiliç: Axalkalaki-Qars dəmir yolu Azərbaycanın da iştirakı ilə dördtərəfli əməkdaşlığı gücləndirəcək

BAKI, 24 may. TELEQRAF

Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kiliç Axalkalaki-Qars dəmir yolunun açılışının Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstan arasında dördtərəfli əməkdaşlığı gücləndirəcəyinə ümid etdiyini bildirib.

Teleqraf xəbər verir ki, o bu barədə sosial media hesabında paylaşım edib.

Türkiyəli diplomat regional kommunikasiyaların bərpası istiqamətində atılan bu addımı yüksək qiymətləndirib:

“Ümid edirəm ki, bu yeni addım Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstan arasında dördtərəfli regional əməkdaşlığı daha da gücləndirəcək”.

Erməni liderin bu sözlərinə reaksiya verən Sərdar Kılıç bunun normallaşma prosesində həlledici mərhələ olduğunu vurğulayıb:

“Bu, Türkiyə ilə Ermənistan arasında davam edən normallaşma prosesi çərçivəsində birbaşa ticarətin qurulması istiqamətində atılmış yeni və mühüm bir addımdır. İnanıram ki, sözügedən tarixi qərar Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstan arasında dördtərəfli əməkdaşlığı maksimum dərəcədə stimullaşdıracaq, regional sülhə, sabitliyə çox mühüm töhfə verəcək və regionun bütün dövlətlərinə böyük uğurlar gətirəcək”.

Seçilən
1
2
teleqraf.com

3Mənbələr