Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Volendam" Niderland yüksək liqasında qalmaq uğrunda pley-off görüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, Kökçünün koamndası "Villem II" ilə üz-üzə gəlib.
İlk görüşdə 2:1 qalib gəlmiş "Volendam" cavab matçında 1:2 uduzub.
Əlavə vaxtda qol olmayıb. Penaltilər seriyasında isə millimizin üzvünün komandası uduzub.
Belədə, "Villem II" Erediviziyaya vəsiqə qazanıb, "Volendam" isə aşağı liqaya yuvaranıb.
Ozan bu matçda meydana çıxmayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta