AZ

Məhəmmədəli Əliyev oxatma tariximizə düşdü

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycanın kamandan oxatma üzrə milli komandasının üzvü Məhəmmədəli Əliyev tarixi uğura imza atıb.

İdman.Biz xəbər verir ki, təmsilçimiz 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək Avropa Oyunlarına lisenziya qazanıb.

Bu nəticə Azərbaycan oxatma tarixində kişi idmançılar arasında qazanılan ilk Avropa Oyunları lisenziyası kimi əlamətdar olub. Daha əvvəl ölkəmizin heç bir kişi oxatanı bu idman növündə belə uğura imza atmayıb.

Məhəmmədəli Əliyevin bu nailiyyəti həm də 2028-ci ildə ABŞ-nin Los-Anceles şəhərində keçiriləcək Olimpiya Oyunlarına gedən yolda mühüm addımlardan biri sayılır.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
36
icma.az

10Mənbələr