ain.az, Demokrat.az saytına istinadən bildirir.
Keçən il təmtəraqlı mərasimlə evlənən Selena Qomez və Beni Blanko cütlüyünün şəxsi həyatı ilə bağlı detallar yenidən gündəmə gəlib.Demokrat.az xəbər verir ki, cütlük zaman-zaman münasibətləri barədə ictimaiyyətin marağını qismən cavablandırsa da, şəxsi həyatlarının detalları ilə bağlı məlumat paylaşmaqdan yayınır.Son dövrdə Qomez, həyat yoldaşına olan sevgisini göstərən bəzi hərəkətləri ilə diqqət çəkmişdi. Blanko isə müxtəlif müsahibələrdə cütlüyün gündəlik həyatı ilə bağlı kiçik detallar açıqlamışdı.Lakin əsas maraq doğuran məsələ — onların şəxsi həyatı barədə cütlük hələ də danışmır.Beni Blanko yaxın zamanda qatıldığı bir podkastda bu mövzuya toxunub. O, “Friends Keep Secrets” adlı verilişdə Lil Dikki və Kristin Batalukko ilə söhbət zamanı şəxsi həyatla bağlı suallarla qarşılaşıb.Podkast zamanı aparıcılar ona Selena Qomezlə münasibətlərinin intim tərəfi ilə bağlı sual ünvanlayıblar. Blanko isə bu suallara cavab verməkdən imtina edib: “Həyat yoldaşım bu barədə ictimaiyyət qarşısında danışmağıma icazə verilmir".Aparıcının “yoldaşın sənə məxfilik müqaviləsi imzaladıb?” sualına isə o, zarafatla cavab verərək bunun sadəcə şəxsi sərhədlərlə bağlı olduğunu deyib.Blanko həmçinin daha əvvəl başqa verilişlərdə Qomezin gündəlik qidalanma vərdişləri ilə bağlı bəzi detalları paylaşmışdı. Onun sözlərinə görə, Qomez tez-tez fast-food məhsullarına üstünlük verir və tərəvəz-meyvə istehlakı nisbətən azdır.Cütlük 2023-cü ildə münasibətə başlayıb, 2024-cü ildə nişanlanıb və 2025-ci ildə təmtəraqlı toy mərasimi ilə evlənib. Onlar musiqi layihələri üzərində işləyərkən tanış olublar.Şəxsi həyatları ilə bağlı məxfilik mövqelərini qoruyan cütlük, ictimai marağa baxmayaraq, bu mövzuda açıqlama verməməyə üstünlük verir.Jalə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.