AZ

Sərxoş halda saxlanılan Britnidən polislərə qəribə təklif Video

ain.az, Axsham.az portalına istinadən məlumat verir.

ABŞ-da martın 4-də Kaliforniyada sərxoş vəziyyətdə avtomobil idarə etmək şübhəsi ilə saxlanılan müğənni Britni Spirs ilə bağlı yeni materiallar yayımlanıb.

Axşam.az xəbər verir ki, polis sənədləri və əməkdaşların sinə kameralarından əldə olunan görüntülərə əsasən, yol patrul xidməti sürətlə hərəkət edən və yolda təhlükəli manevrlər edən avtomobil barədə daxil olan məlumatdan sonra müğənninin maşınını saxlayıb. Saxlanılma zamanı polis əməkdaşları Spirsdən spirt qoxusu gəldiyini bildiriblər.

Polislərlə söhbət zamanı müğənninin əhvalının tez-tez dəyişdiyi qeyd olunub. Hesabatda bildirilir ki, Britni bəzən Britaniya aksenti ilə danışıb, bəzən isə uşaq səsinə keçib. Bir anda o, polis əməkdaşlarına evinə dəvət edərək “Sizə yemək və ya lazanya hazırlayaram, nə istəsəniz. Mənim hovuzum da var” sözlərini deyib.

Yayımlanan videogörüntülərdə Spirsin patrul avtomobilində ağladığı və polis əməkdaşlarını kobud davranmaqda ittiham etdiyi anlar da yer alıb. Daha sonra o, ümumiyyətlə spirtli içki qəbul etmədiyini bildirib və bir neçə dəfə evə qayıtmaq istədiyini təkrarlayıb.

Həbsdən sonra müğənni könüllü şəkildə reabilitasiya mərkəzinə yollanıb. Daha sonra isə alkoqol və ya qadağan olunmuş maddələrin təsiri altında ehtiyatsız avtomobil idarə etmə maddəsi üzrə günahını etiraf edib.

Bu, onun ilk belə pozuntusu olduğu, həmçinin hadisə zamanı qəza və xəsarət alan olmadığı üçün müğənni həbs cəzasından yayına bilib. Məhkəmə ona 571 dollar məbləğində cərimə, 12 aylıq sınaq müddəti və asılılıqlarla mübarizə üzrə üç aylıq proqram keçmək cəzası təyin edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
3
axsam.az

4Mənbələr