AZ

Rüstəm Əhmədzadə yubiley qolunun müəllifi oldu

Misli Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb.

Fanat.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, yubiley XXXIII turun "Sumqayıt" – "Qarabağ" görüşünə (3:4) təsadüf edib.

Rüstəm Əhmədzadənin vurduğu top mövsümdə 500-cü olub. Bu, çempionatdakı 195-ci qarşılaşmaya təsadüf edib.

Ölkə çempionatları tarixində yüksək dəstədə mövsümün 500-cü qolunun vurulması 21 ildən sonra gerçəkləşib. Sonuncu dəfə 2004/2005 mövsümündə belə hadisə yaşanıb. Sonrakı turnirlərdə qol sayı 500-dən aşağı olub.

Qeyd edək ki, 2004/2005 mövsümündə 684 qol vurulub. Bir mövsümdəki qol sayındakı rekord isə 1992-ci ilə təsadüf edib. Həmin vaxt 1177 qol vurulub.

Seçilən
4
1
fanat.az

2Mənbələr