“Sabah”la müqaviləsi başa çatacaq qapıçı Nicat Mehbalıyevin yeni klubu bəlli olur. Paytaxt təmsilçisi ona yeni sözləşmə təklf etmədiyi üçün qolkiper özünə komanda axtarışındadır.
Dünən xəbər verdiyimiz kimi, oyunçu “Qəbələ”nin maraq dairəsində olub. Ancaq tərəflər razılığa gələ bilməyib. Buna səbəblərdən biri də Mehbalıyevin Bakıda qalmaq arzusudur. O, bölgədə yaşamaq niyyətində deyil.
Daha sonra tərcübəli qapıçı “Şəfa” ilə görüşüb. Artıq tərəflərin razılığa gəlməyə yaxın olduğu bildirilir.
Son anda bir dəyişiklik olmasa, Nicat növbəti mövsümdə Bakı klubu “Şəfa”da çıxış edəcək.
İdmanxeber.az