AZ

Zelenski: Ukrayna şəhərlərinə 90 raket və 600 dronla zərbə endirilib

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın son raket və dron hücumlarından sonra ölkədə xilasetmə və fövqəladə xidmətlərin fasiləsiz çalışdığını bildirib.

Teleqraf xəbər verir ki, Zelenski bu barədə "Telegram" kanalında paylaşım edib.

O qeyd edib ki, hücum nəticəsində yaralanan hər kəsə yardım göstəriləcək:

“Bu, bizim borcumuzdur və dövlət bu öhdəliyi yerinə yetirəcək. Zərbələrdən sonra insanların xilas edilməsi üçün çalışan hər kəsə təşəkkür edirəm”.

Prezidentin sözlərinə görə, günün əvvəlindən etibarən azı 83 nəfər xəsarət alıb, ölənlər də var.

Zelenski bildirib ki, Rusiya Ukraynaya qarşı müxtəlif tipli 90 raket, o cümlədən 36 ballistik raket və 600 pilotsuz uçuş aparatı tətbiq edib:

“Təəssüf ki, bütün ballistik raketləri vurmaq mümkün olmayıb. Ən çox zərbə Kiyevə endirilib və əsas hədəf də paytaxt olub”.

Ukrayna lideri yaşayış binalarının, su təchizatı obyektlərinin, bazarın və məktəblərin zərər gördüyünü vurğulayıb.

O, beynəlxalq ictimaiyyəti Ukraynaya dəstəyi davam etdirməyə çağıraraq bildirib ki, sülhün təmin olunması üçün ABŞ, Avropa və digər tərəfdaşların konkret qərarları vacibdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
1
sherg.az

2Mənbələr