AZ

İllər sonra etdiyi etiraf gündəm oldu: Məşhur aktyor hər kəsi karavansan qovub FOTOLAR

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

“Alemin Kıralı” serialı yayımlandığı gündən etibarən tamaşaçıların yaddaşında işlərindən ekran işlərindən biri olaraq qalır. Yayım dövründə ən çox izlənilən layihələrdən biri olan serial uğurlu aktyor heyəti ilə də diqqət çəkmişdi. İllər keçməsinə baxmayaraq, layihə hələ də maraqla izlənilən seriallar sırasındadır.Demokrat.az xəbər verir ki, son dövrlərdə serialın aktyor heyəti yenidən gündəmə gəlməyə başlayıb. Xüsusilə "Oben" obrazı ilə tanınan aktrisa Birsu Demirin illər sonra verdiyi açıqlama sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.Birsu Demir çəkiliş meydançasında yaşadığı hadisə barədə danışıb. Aktrisanın sözlərinə görə, ilk aktyorluq təcrübəsi zamanı baş rollardan birini oynayan aktyorlardan biri onları çətin vəziyyətdə qoyub.Birsu Demir bildirib ki, həmin gün çəkiliş meydançasında yalnız bir karavan olub və rəhbərlik onlardan bir neçə saatlıq vəziyyəti idarə etmələrini istəyib. Lakin baş rol ifaçılarından biri karavanda tək qalmaq istədiyini deyərək digər aktyorların oradan çıxarılmasını tələb edib.“Biz yağışda, palçıqda, soyuqda çətirin altında karavanın qarşısında gözləyirdik. Nə baş verdiyini anlaya bilmirdik. Bu mənim ilk işim idi və həmin dövrdə menecer sistemi indiki qədər inkişaf etməmişdi”, deyə aktrisa bildirib.Onun sözlərinə görə, hazırda belə bir vəziyyət yaşansaydı, menecerlər dərhal müdaxilə edərək problemi həll edərdilər. Birsu Demirin bu açıqlaması maqazin gündəmində böyük rezonans doğurub.Qeyd edək ki, Türkiyənin ATV kanalında yayımlanan komediya janrlı “Alemin Kıralı” serialında Şafak Sezer, Oya Başar və Evrim Akın kimi məşhur aktyorlar rol alıblar. Serial həm böyüklər, həm də uşaqlar tərəfindən böyük maraqla qarşılanmışdı.

Seçilən
31
demokrat.az

1Mənbələr