AZ

Alman dili dərslərini bəyənmirdim, həmin vaxtı yuxuya gedirdim Bavariya nın sabiq futbolçusu

ain.az, Sportal.az portalına istinadən məlumat verir.

“Minnesota Yunayted” və Kolumbiya millisinin üzvü Xames Rodriqes "Bavariya"da keçirdiyi vaxtları xatırlayıb. 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, təcrübəli futbolçu vaxtı ilə alman dili dərslərinin onun üçün necə sıxıcı keçdiyini bildirib:

"Almaniyada keçirdiyim ilk ildə şanslı idim. Çünki həm Yupp Haynkes, həm də Karlo Ançelotti ispan dilində danışırdılar. Növbəti mövsüm Robert Kovaç gəldi. Hər məşqçinin öz sevimliləri var, amma mən onlardan biri deyildim. O, oyunçuların məşqdən sonra 30 dəqiqə velosiped sürmələrini istəyirdi. Sonra mən ondan soruşdum: "Niyə belə məşq edirəm? Tur de Fransda yarışmaq üçün?" Axı mən futbolçuyam. Mən də alman dili dərslərini bəyənmirdim, həmin vaxtı yuxuya gedirdim. Oxumağı sevmirəm".

 

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
1
sportal.az

2Mənbələr