AZ

Filippində binanın uçması nəticəsində onlarla insan dağıntılar altında qalıb

Filippinin şimalındakı Anxeles şəhərində (Pampanqa əyaləti) uçmuş binanın dağıntıları altında təxminən 30-40 fəhlənin qaldığı ehtimal olunur.

"Report" xəbər verir ki, bu barədə xarici media yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, tikilməkdə olan doqquzmərtəbəli binanın çökməsinə əlverişsiz hava şəraiti səbəb ola bilər. Ötən gün yerli nəşrlər məlumat vermişdi ki, şəhərdə çökməyə səbəb ola biləcək güclü yağıntı və şiddətli külək müşahidə edilib.

Fəsadların aradan qaldırmaq üçün hadisə yerinə 100-dən çox polis və müvafiq orqaların əməkdaşları cəlb olunub. Yerli polislərdən birinin sözlərinə görə, indiyədək dağıntılar altından ən azı 26 nəfər xilas edilib.

Axtarış-xilasetmə əməliyyatı davam edir.

"Cebheinfo.az"

Seçilən
5
3
cebheinfo.az

10Mənbələr