AZ

Ukrayna XİN in binası İkinci Dünya müharibəsindən bəri ilk dəfə zərər görüb FOTO

ain.az bildirir, Bizim media portalına istinadən.

Rusiya Silahlı Qüvvələrinin Kiyevə təşkil etdiyi son kütləvi raket hücumu nəticəsində Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) tarixi binası zədələnib.Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat verib.Nazir qeyd edib ki, sözügedən inzibati bina İkinci Dünya müharibəsindən bəri ilk dəfədir ki, hərbi hücumlar nəticəsində zərər çəkir.Məlumat üçün bildirək ki, Ukrayna xarici siyasət idarəsinin yerləşdiyi tarixi bina 1939-cu ildə inşa edilib. Son zərbələr zamanı binanın fasadına və pəncərələrinə ciddi ziyan dəydiyi bildirilir.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
bizim.media

10Mənbələr