AZ

Premyer Liqa mənsubu yeni baş məşqçi ilə anlaşdığını nə vaxt AÇIQLAYACAQ?

Ayxan Abbasovun gedişini dünən rəsmən açıqlayan «Şamaxı» daha bir xəbəri yaymağa hazırlaşır. Bu, Azər Bağırov və onun köməkçiləriylə əlaqədardır. Belə ki, yeni baş məşqçi korpusunun görəvə gəlməsi ictimaiyyətə duyurulacaq. Məlumat ya bu gün, ya da sabah açıqlanacaq.
«Kəpəz»dən ayrılan Azər Bağırovla bütün istiqamətlər üzrə razılıq əldə edilib. Onunla müqavilə 3 illik nəzərdə tutulub.
Vaxtilə «Araz-Naxçıvan»ı da çalışdırmış mütəxəssisin Gəncəni Şamaxıya dəyişməsinin səbəbi maliyyə şərtləridir. «Sarı-göylər» Bağırovun maaşını 10 min manatdan yuxarı qaldırmağa maraq göstərməyib. Yeni klubunda isə o, daha çox əməkhaqqı alacaq.
Ayxan Abbasova gəlincə, iki il «Şamaxı»nın başında dayanmış sükançı 2026-cı ilin sonunadək millidə işləyəcək. Hər halda AFFA ilə bağlıdığı müqavilə həmin tarixədək qüvvədədir.
Yığma sentyabrda UEFA Millətlər Liqasının növbəti mövsümünə start verəcək. D divizionunun II qrupunda yer alan komandamız Litva və Lixtenşteynlə qarşılaşacaq.
SPORTİNFO.AZ

Seçilən
52
sportinfo.az

1Mənbələr