AZ

"Zirə" bu futbolçu ilə yollarını ayırmağı planlaşdırır

"Zirə" mövsüm başa çatan kimi bəzi futbolçularla yollarını ayıracaq.

Sportal.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisinin yollarını ayırmaq istədiyi futbolçulardan biri də Namik Ələskərovdur. 

Komandaya böyük ümidlərlə gətirilsə də, gözlənilən verə bilməyən Ələskərovun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam veriləcəyi gözlənilir.

Qeyd edək ki, 31 yaşlı futbolçu 2025-ci il avqust ayında “Zirə” ilə 2+1 illik müqavilə imzalamışdı.

O, karyerası ərzində “Bakı”, “Qarabağ”, “Kəpəz”, “Neftçi”, “Bursaspor” (Türkiyə) və “Sabah” klublarında oynayıb. 

 

saytlarin hazirlanmasi

Seçilən
52
1
sportal.az

2Mənbələr