AZ

Kürdəmirdə qadın əri tərəfindən qətlə yetirildi

Kürdəmirdə mübahisə qanlı sonluqla nəticələndi.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumatına görə, Kürdəmir rayonunda ər arvadını qətlə yetirib. Hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb. Belə ki, aralarında yaranan ailə münaqişəsi zəminində ər Bəşirov Natiq Araz oğlu həyat yoldaşı - 21 yaşlı Bəşirova Lamiyə İsmayıl qızını qətlə yetirilib. Hadisə yerinə rayonun hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub.

Qadının cansız bədəni ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib. Qeyd edək ki,hadisəni törətməkdə şübhəli bilinən Natiq Bəşirov rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Xatırladaq ki, cütlük 2024-cü ildə ailə qurub və bu izdivacdan onların yaş yarımlıq övladları da var. Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırmalara başlanılıb.

Davud Tarverdiyev / Metbuat.az

Seçilən
6
5
metbuat.az

10Mənbələr