AZ

Türkan Şorayın qızı narkotikə görə saxlanıldı

Türkiyədə məşhurlara qarşı keçirilən narkotik əməliyyatı çərçivəsində yeni saxlanılanlar var.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat zamanı “Yeşilçam”ın əfsanəvi simalarından biri olan Türkan Şorayın qızı Yağmur Ünal, Eren Kesimer və Semiha Bezek də daxil olmaqla daha 3 nəfər saxlanılıb. Bununla da iş üzrə saxlanılanların sayı 23-ə yüksəlib.

Məlumata görə, əməliyyat Bakırköy Cumhuriyet Başsavcılığı tərəfindən aparılan narkotik və psixotrop maddələrin istifadəsi ilə bağlı istintaq çərçivəsində həyata keçirilib.

Polis Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane, Üsküdar və Muğlada ümumilikdə 25 ünvanda əməliyyat həyata keçirib.


Əməliyyatın ilk mərhələsində 14 şübhəli saxlanılmışdı. Sonradan bu say 20-yə çatmış, bu gün daha 3 nəfərin saxlanılması ilə ümumi rəqəm 23 olub.


Şahanə Rəhimli
Musavat.com

Seçilən
62
1
musavat.com

2Mənbələr